Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/
Dünən Azərbaycanda iki nəfər suda boğulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 7-də Şəmkir rayonunun Seyfəli kəndində Emin Mehdiyev kanalda çimərkən, Kürdəmir rayonunda rayon sakini Ağakərim Xəlilli Sığırlı kəndində kanalda çimərkən suda boğulublar.
Faktla bağlı araşdırmalar aparılır.