...

Zirə sakini özü hərəkətə gələn yük maşınının altında qalaraq ölüb

Hadisə Materials 13 İyul 2015 15:14 (UTC +04:00)
Bakının Zirə qəsəbəsinin sakini bədbəxt hadisə nəticəsində ölüb.
Zirə sakini özü hərəkətə gələn yük maşınının altında qalaraq ölüb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının Zirə qəsəbəsinin sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, iyulun 12-də saat 17 radələrində Xəzər rayonunun Zirə qəsəbəsində yaşayan Ağasəlim Musayevin evinin qarşısında dayanmış "Zil" markalı avtomobili idarə edərək bir qədər qarşıda saxlayıb zibil yükləyərkən avtomobil öz ətaləti ilə geriyə hərəkət edib və A.Musayevi hasara sıxıb. Nəticədə Zirə sakini hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti