...

Bakıda bir neçə nömrə ilə idarə olunan avtomobili tapdılar

Hadisə Materials 15 İyul 2015 15:09 (UTC +04:00)
Saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə olunan avtomobil saxlanılıb.
Bakıda bir neçə nömrə ilə idarə olunan avtomobili tapdılar

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Saxta dövlət qeydiyyat nömrə nişanı ilə idarə olunan avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN Növbətçi Hissələri İdarə Xidmətinin Təhlükəsizlik Şəhər Xidməti, DİN Çevik Polis Alayı və Yasamal RPİ 29-cu PB əməkdaşlarının apardıqları birgə tədbirlər nəticəsində iyulun 13-ü saat 22 radələrində R.Feyzullayevə məxsus "Toyota" markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan "KIA Cerato" markalı avtomobil Yasamal rayonunda aşkar edilib.

Qeyd edilən avtomobilin Bakı şəhər sakini Ədalət Əsgərova məxsus olması müəyyən edilib. Avtomobilin yük yerinə baxış zamanı bir ədəd tranzit və başqa avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti