Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elmir Murad/
Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 35-i "isti izlər"lə açılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Bununla yanaşı, cinayət törədən 27 nəfər tutulub.