...

Zibillərin arasından çıxan silah-sursat (SİYAHI)

Hadisə Materials 6 Avqust 2015 17:11 (UTC +04:00)
“Təmiz Şəhər” ASC-nin zavodunda tullantılar arasından silah-sursat aşkar olunub.
Zibillərin arasından çıxan silah-sursat (SİYAHI)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

"Təmiz Şəhər" ASC-nin zavodunda tullantılar arasından silah-sursat aşkar olunub.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda məişət tullantıları arasından silah-sursat hissələri aşkar olunub. Bakıdan toplanmış tullantıların çeşidlənməsi zamanı son 2 gündə tapılan avtomat və tapança güllələri, müxtəlif silah hissələri avqustun 5-də polisə təhvil verilib.

"Təmiz Şəhər" ASC-nin polisə təhvil veridyi silah-sursat hissələri bunlardır:

1) 60 ədəd 5.45 çaplı patron
2) 189 ədəd 7.62 çaplı patron
3) 31 ədəd kiçik çaplı patron
4) 3 ədəd 30 mm çaplı mərmi
5) 1 ədəd avtomat darağı
6) 1 ədəd F1 əl qumbarasının korpusu
7) 1 ədəd pnevmatik tapança
8) 1 ədəd tüstü fişəngi

Qeyd edək ki, "Təmiz Şəhər" ASC-ə aid tullantıların çeşidlənməsi zavodu paytaxtdan toplanmış tullantıları kağız, şüşə, plastik, metal və s. formada ayrı-ayrı yığılır. Daha sonra onlardan xammal kimi istifadə edərək yeni məhsullar hazırlanmaq üçün müxtəlif təkrar emal müəssiəsələrinə göndərilir. İş prosesi zamanı tullantılar arasından vaxtaşırı olaraq tullantı hesab olunmayan əşyalar aşkarlandıqda aidiyyatı qurumlara təhvil verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti