Azərbaycan, Bakı, 8 avqust /Trend/
Sabunçu rayonu, Pirşağı çimərliyində meyit tapılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 7-də Gəncə şəhər sakini Namiq Qurbanovun üzərində zorakılıq əlamətləri görünməyən, suda boğulmuş meyiti Sabunçu rayonundakı Pirşağı dəniz çimərliyində tapılıb.
Məlumatda N.Qurbanovun avqustun 5-də dənizdə batdığı bildirilir.