Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İlkin İzzət/
Sabirabad sakininin həyətyanı sahəsində çətənə kolları və marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş Vəlixan Rəhimov saxlanılıb.
Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 40 ədəd çətənə kolu və 1 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.