...

Məşhur turizm mərkəzlərindən birinin kabellərini kəsib oğurladılar

Hadisə Materials 25 Avqust 2015 13:09 (UTC +04:00)
“Şahdağ” Qış-Yay Turizm Kompleksindən oğurluq edilib.
Məşhur turizm mərkəzlərindən birinin kabellərini kəsib oğurladılar

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İlkin İzzət/

"Şahdağ" Qış-Yay Turizm Kompleksindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 22-də "Şahdağ" Qış-Yay Turizm Kompleksindən 600 metr elektrik kabeli oğurlanıb.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Vüsal Balayev və Arif Rəsulov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti