...

FHN Abşeronda aşkarlanmış döyüş sursatı ilə bağlı məlumat yayıb

Hadisə Materials 26 Avqust 2015 02:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb.

FHN-dən Trend-ə bildiriblər ki, dərhal Nazirliyin pirotexnikləri müvafiq işlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş və aidiyyəti qurumlar məlumatlandırılıb.

Mütəxəssislər müvafiq təhlükəsizlik tədbirləri görmüş və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə baxış keçirmişlər. Müəyyən olmuşdur ki, tapılan əşya partlayış təhlükəsi olmayan adi metal parçasıdır.

Xəbər lenti

Xəbər lenti