...

Göyçaylı qadın elektrik cərəyanı vurması nəticəsində arxa yıxılaraq ölüb

Hadisə Materials 4 Sentyabr 2015 17:58 (UTC +04:00)
Göyçay rayon sakini Ruhiyyə İbadova elektrik cərəyanı vurması nəticəsində arxa yıxılaraq ölüb.
Göyçaylı qadın elektrik cərəyanı vurması nəticəsində arxa yıxılaraq ölüb

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/

Göyçay rayon sakini Ruhiyyə İbadova elektrik cərəyanı vurması nəticəsində arxa yıxılaraq ölüb.

Trend Baş Prokurorluğa istinadən məlumat verir ki, sentyabrın 4-də saat 10:55-də Göyçay rayon prokurorluğuna rayonun Məlikkənd kəndində yaşamış 1987-ci il təvəllüdlü Ruhiyyə İbadovanın elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon Polis şöbəsindən daxil olmuş məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib, meyitin müayinəsi aparılıb, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri prossesual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, R.İbadova həmin gün saat 10 radələrində həyətyanı sahəsini suvarmaq məqsədilə yaşadığı evin yaxınlığından keçən arxın içərisinə quraşdırılmış mühərriki işə salan zaman ehtiyatsızlıqdan elektrik cərəyanı vurması nəticəsində 20 sm dərinliyində olan həmin arxa yıxılaraq orada vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir və hadisənin zəlzələ ilə əlaqəli olması xüsusatları araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti