...

Bazar və avtobuslarda cibgirlik edən “zek” tutulub

Hadisə Materials 15 Sentyabr 2015 11:32 (UTC +04:00)
Bakıda ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik edən şəxs tutulub.
Bazar və avtobuslarda cibgirlik edən “zek” tutulub

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1958-ci il təvəllüdlü Abbasağa Əbülfəz oğlu İzətullayev müəyyən olunaraq tutulub.

Şübhəli şəxsin üzərindən 0,744 qram tiryək aşkar olunaraq götürülüb.

Bu şəxsi şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərərçəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng -Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti