...

Nəsimi rayonunda bir-birinə bitişik evlər yanıb

Hadisə Materials 19 Sentyabr 2015 17:44 (UTC +04:00)
Nəsimi rayonunda baş vermiş yanğın hadisəsində vətəndaşlara məxsus bir-birinə bitişik olan evlər yanıb.
Nəsimi rayonunda bir-birinə bitişik evlər yanıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Nəsimi rayonunda baş vermiş yanğın hadisəsində vətəndaşlara məxsus bir-birinə bitişik olan evlər yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğın hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilir.

Nazirliyin məlumatında qeyd olunur ki, Bakı şəhəri, Nəsimi rayonunda yanğın nəticəsində vətəndaşlara məxsus ümumi sahəsi 100 kv.m olan bir-birinə bitişik evlərin yanar konstruksiyaları 58 kv.m və ərazidə 400 kv.m sahədə ağaclar yanıb.

Evlərin qalan hissəsi və ağaclar yanğından mühafizə olunub.

Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti