...

Gədəbəy və Tovuzda yanğın baş verib

Hadisə Materials 27 Sentyabr 2015 21:36 (UTC +04:00)
Gədəbəy və Tovuzda yanğın hadisəsi baş verib.
Gədəbəy və Tovuzda yanğın baş verib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Gədəbəy və Tovuzda yanğın hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gədəbəy rayonu, Zəhmətkənd kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın hadisəsi baş verib. Yanğın zamanı sahədə yığılan 1 ton ot bağlamasından 200 kloqramı yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Tovuz rayonu, İbrahimhacılı kəndində də vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti