Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın 6-cı mərtəbəsində 4 ədəd elektrik sayğacı və 1 p.m elektrik kabeli yanıb.
Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.