...

Göygöldə qəza baş verib, xəsarət alan var (FOTO)

Hadisə Materials 1 Oktyabr 2015 01:18 (UTC +04:00)
Göygöldə xəsarətlə nəticələnən yol qəzası baş verib
Göygöldə qəza baş verib, xəsarət alan var (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Göygöldə xəsarətlə nəticələnən yol qəzası baş verib

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, bu gün saat 22 radələrində Bakı-Qazax avtomagistralının Göygöl rayonu Quşqara kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Şəmkirdən Gəncəyə gələn Teymur Miriyevin idarə etdiyi "Opel" markalı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan "QAZ 24" markalı avtomobillə toqquşub.

Nəticədə "Opel"də olan sərnişin Goranboy rayon Cinli Boruslu kənd sakini 25 yaşlı Nərgiz Hüseynova müxtəlif bədən xəsarətləri alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. İlkin ehtimal olaraq qəzaya səbəb kimi "Opel"in sürücüsünün sürət həddini aşması, "QAZ 24" markalı avtomobilin işıqlandırma sisteminin işləməməsi göstərilir. Fakt araşdırılır.

Xəbər lenti

Xəbər lenti