...

Sumqayıtda silah və narkotik maddələr aşkarlanıb

Hadisə Materials 27 Oktyabr 2015 13:39 (UTC +04:00)
Polis Sumqayıt sakinində silah və narkotik maddələr aşkarlayıb.
Sumqayıtda silah və narkotik maddələr aşkarlanıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir Elmir Murad/

Polis Sumqayıt sakinində silah və narkotik maddələr aşkarlayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhər sakini Elbrus Məmmədovdan "Naqan" markalı tapança, 3 ədəd patron və 0,09 qram heroin götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədovun əvvəllər məhkum olunduğu məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti