...

Göyçayda “pul kəsən” şəxs tutulub

Hadisə Materials 28 Oktyabr 2015 13:40 (UTC +04:00)
Göyçayda saxta pul hazırlayan şəxs saxlanılıb.
Göyçayda “pul kəsən” şəxs tutulub

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/

Göyçayda saxta pul hazırlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, saxta pul hazırladığına görə tutulan şəxs Müşfiq Zalovdur.

M.Zalov Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun Sulutəpə qəsəbəsindəki evində aparılan baxış zamanı "HP" markalı surətçıxarma aparatı, üzərində 20 manatlıq saxta əsginasın ön tərəfinin görünüşü olan 3 ədəd kağız və digər ləvazimatlar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti