...

Bakıda soyğunçuluq edən dəstə üzvləri tutulub

Hadisə Materials 6 Noyabr 2015 12:56 (UTC +04:00)
Paytaxtda zavodu qarət edən dəstə üzvləri tutulub.
Bakıda soyğunçuluq edən dəstə üzvləri tutulub

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elmir Murad/

Paytaxtda zavodu qarət edən dəstə üzvləri tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, kabel zavodundan quldurluq yolu ilə 50000 manat aparan Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov tutulublar.

Onlar Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti