Bakı. Elmir Murad - Trend:
Qəbələdə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qəbələ rayon sakini Elbrus Rəsulov idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən həmyerlisi Rəhim Xancanovu vurub. O müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər R.Xancanovun həyatını xilas edə bilməyib.
Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.