...

Bakıda uşaq sanatoriyasında yanğın: 24 nəfər təxliyə olunub

Hadisə Materials 8 Yanvar 2016 19:35 (UTC +04:00)
Bakıda uşaq sanatoriyasında yanğın olub.
Bakıda uşaq sanatoriyasında yanğın: 24 nəfər təxliyə olunub

Bakı. Trend:

Bakıda uşaq sanatoriyasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı "Somatik" uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd "Samsung" markalı kondisioner əriyib.

Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti