...

Balakəndə yanğın baş verib

Hadisə Materials 22 Yanvar 2016 08:29 (UTC +04:00)
Balakən rayonunda yanğın baş verib
Balakəndə yanğın baş verib

Bakı. Trend:

Balakən rayonunda yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 2,5 ton ot bağlamasının 1,5 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 22:45-də söndürülüb.

Xəbər lenti

Xəbər lenti