...

Cəlilabad və Qubada yol-nəqliyyat hadisəsi canlar aldı

Hadisə Materials 9 Fevral 2016 12:43 (UTC +04:00)
Cəlilabad ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cəlilabad və Qubada yol-nəqliyyat hadisəsi canlar aldı

Bakı. Trend:

Cəlilabad ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 9-da saat 01 radələrində Cəlilabad şəhərində Masallı rayon sakini Xəyal Abıyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı ağaca vurub. X.Abıyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Daha bir yol-nəqliyyat hadisəsi fevralın 8-də saat 08 radələrində Quba rayonunda baş verib. Nügədi Qazmalar kəndində, Sumqayıt şəhər sakini Arzuman Ağayev idarə etdiyi "Ford" markalı avtomobili aşırıb. Nəticədə A.Ağayevin sərnişini, qardaşı Anar hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti