...

Bakıda 3 otaqlı ev yanıb

Hadisə Materials 26 Fevral 2016 06:36 (UTC +04:00)
Bakı şəhərində 3 otaqlı ev yanıb.
Bakıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhərində 3 otaqlı ev yanıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, şəhərin Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, 1 ədəd paltaryuyan maşın, mebel dəsti və dam örtüyü 10 kv.m sahədə (ümumi 20 kv.m) yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti