...

Gədəbəydə yol qəzası: 3 yaralı

Hadisə Materials 28 Mart 2016 05:16 (UTC +04:00)
Gədəbəy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gədəbəydə yol qəzası: 3 yaralı

Bakı. Trend:

Gədəbəy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Qarıkənd ərazisində qeydə alınıb. 31 yaşlı rayon sakini Seymur Şirinov idarə etdiyi "Vaz-011" markalı avtomobilin idarəetməsini itirərək traktor qoşqusuna çırpıb.

Nəticədə sürücü ilə yanaşı avtomobildə olan 2 sərnişin, rayon sakinləri - 20 yaşlı Bəhruz Bayramov və Vüqar adlı şəxs müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar ilk olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər TTYX-ya gətiriliblər. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti