...

Gəncədə "VAZ"lar toqquşub

Hadisə Materials 31 Mart 2016 08:14 (UTC +04:00)
Gəncə şəhərində yol qəzası baş verib.
Gəncədə "VAZ"lar toqquşub

Bakı. Trend:

Gəncə şəhərində yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün səhər saatlarında Gəncə şəhərində Atatürk prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində yol qəzası baş verib.

Şəmkir sakini 22 yaşlı Elfaq Əliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Atatürk prospekti ilə hərəkətdə olarkən Xətai prospektində hərəkət edən Gəncə sakini 57 yaşlı Maarif İsmayılovun sükanı arxasında olduğu "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəzadan sonra hər iki avtomobil yararsız hala düşsə də xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə səbəb sürücülərdən birinin işıqforun "dayan" işarəsinə məhəl qoymaması olub.

Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti