...

Qaradağda göldə batmış şəxsin cəsədi təhvil verilib

Hadisə Materials 18 Aprel 2016 13:34 (UTC +04:00)
Qaradağ rayonunda göldə batmış şəxsin cəsədi təhvil verilib.
Qaradağda göldə batmış şəxsin cəsədi təhvil verilib

Bakı. Trend:

Qaradağ rayonunda göldə batmış şəxsin cəsədi təhvil verilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 16 aprel 2016-cı il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralı, nəzarətsiz ərazidə) batmış 1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 10:05-də başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti