Bakı. Trend:
Cəlilabad şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.