...

Bakıda avtomobil oğurlayanlar Kürdəmirdə saxlanıldılar

Hadisə Materials 2 May 2016 12:53 (UTC +04:00)
Kürdəmirdə oğurluq avtomobil saxlanılıb.
Bakıda avtomobil oğurlayanlar Kürdəmirdə saxlanıldılar

Bakı. Trend:

Kürdəmirdə oğurluq avtomobil saxlanılıb. Trend Daxili İşlər nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 1-də Kürdəmir rayonu ərazisində "VAZ-2107" markalı avtomobil şübhə doğurduğundan Baş Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılmış avtomobilin dövlət qeydiyyat nişanlarının avtomobilin yük yerində olması, üzərindəki dövlət qeydiyyat nişanlarının isə Qobustan rayon sakini M.Eyyubova məxsus "Opel" markalı avtomobilə aid olması, həmçinin avtomobili idarə edən Bakı şəhər sakini Rövşən Mazanov və sərnişini Tovuz rayon sakini Vüqar Məmmədovun avtomobili paytaxtın Yasamal rayonu ərazisindən qaçırmaları, dövlət qeydiyyat nişanlarını isə Yeni Yasamal-1 yaşayış sahəsində "Opel" markalı avtomobildən oğurlamaları müəyyən edilib.

R.Mazanov və V.Məmədov avtomobillə birlikdə Yasamal RPİ 29-cu PB-yə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti