...

Gəncədə fabrikdə yanğın olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Hadisə Materials 23 May 2016 15:38 (UTC +04:00)
Gəncədə qənnadı fabrikində yanğın baş verib.
Gəncədə fabrikdə yanğın olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Trend:

Gəncədə qənnadı fabrikində yanğın baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, "Gəncə Qənnadı" ASC-də yanğın baş verib. Yanğın istifadə edilməyən anbarın 3-cü mərtəbəsində, tullantı plastik kütlələrin yığıldığı 50 kvadratmetr ərazidə qeydə alınıb.

Hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və 40 canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Xəsarət alan yoxdur.

Qeyd edək ki, 2 il bundan öncə də "Gəncə Qənnadı" ASC-nin inzibati binasında mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Rahib Nadirov deyib: "Müəssisə rəhbərliyi yanğına elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğunu güman edir. Amma Dövlət Yanğın Nəzarəti Xidməti orqanlarının əməkdaşları tərəfindən araşdırılıb məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti