Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri Akkuşa çayında batmış şəxsin axtarışlarına başlayıb. Belə ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan şəhərində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar. Hazırda həmin şəxsin axtarışlar davam edir.