...

Ağdaşda silah alverçiləri tutuldu

Hadisə Materials 24 İyun 2016 12:47 (UTC +04:00)
Ağdaş rayonunda silah alverçiləri yaxalanıb.
Ağdaşda silah alverçiləri tutuldu

Bakı. Trend:

Ağdaş rayonunda silah alverçiləri yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakinləri Vaqif Qasımov və Əlif Abdullayev “Naqan” tipli tapançanı və 7 ədəd patronu satarkən tutulublar.

Araşdırmalar zamanı V.Qasımovun qeyd edilən silah və sursatı həmyerlisi Sabir Paşayevdən, onun isə Zərdab rayon sakini Əşrəf İbrahimovdan alması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində S.Paşayev və Ə.İbrahimov da tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti