...

Füzulidə tank və top mərmiləri tapılıb (FOTO)

Hadisə Materials 1 İyul 2016 18:06 (UTC +04:00)
İyulun 1-də Tərtər və Füzulidə 3 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Füzulidə tank və top mərmiləri tapılıb (FOTO)

Bakı. Trend:

İyulun 1-də Tərtər və Füzulidə 3 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Trend-ə ANAMA-dan verilən məlumata görə, Tərtər rayonu Çaylı kəndində 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb.

Ağdam rayonu Qaradağlı kəndində isə 1 ev və həyətyanı sahə, 2 əkin sahəsi, 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonu Horadiz şəhərində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi və 125 mm-lik tank mərmisi) aşkar edilərək, götürülüb.

Ümumilikdə 1 iyul tarixində 1 ev və həyətyanı sahə, 1 ferma, 4 əkin sahəsi, 10 partlayış yerinə baxış keçirilib, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Gün ərzində 14 900 kv.m ərazi təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti