Bakı. Trend:
Sumqayıt şəhərində qadın 3-cü mərtəbədən yıxılıb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 11-də Sumqayıt şəhəri 17-ci mikrorayonda yaşayan Nihal Məmmədseyidova evinin pəncərəsindən (5 mərtəbəli binanın 3-cü mərtəbəsi) yıxılıb və xəsarətlə xəstəxanaya yerləşdirilib.