...

Şəkidə qanlı olay - əmisini bıçaqladı, əmisi arvadını yabaya keçirdi

Hadisə Materials 8 Avqust 2016 13:13 (UTC +04:00)
Şəkidə qanla nəticələnən hadisədə qardaşoğlu Rusiyadan gələn əmisini bıçaqladı, arvadını isə yabaya keçirdi.
Şəkidə qanlı olay - əmisini bıçaqladı, əmisi arvadını yabaya keçirdi

Bakı. Trend:

Şəkidə qanla nəticələnən hadisədə qardaşoğlu Rusiyadan gələn əmisini bıçaqladı, arvadını isə yabaya keçirdi.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Şəkinin Cəfərabad kəndində qeydə alınıb. Rusiyanın Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəliblər.

Orada Qiyas Rüstəmovun qardaşı oğlu Vüsal Rüstəmovla mübahisəsi düşüb. Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib.

Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıb.

Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti