...

Xırdalanda məktəb direktoru ölüb

Hadisə Materials 10 Avqust 2016 11:29 (UTC +04:00)
Xırdalan şəhər 4 saylı tam orta məktəbin drektoru Zülfiyyə Hümbətova dünyasını dəyişib.
Xırdalanda məktəb direktoru ölüb

Bakı. Samir Əli - Trend:

Xırdalan şəhər 4 saylı tam orta məktəbin drektoru Zülfiyyə Hümbətova dünyasını dəyişib. Abşeron rayon Təhsil Şöbəsindən Trend-ə verilən məlumata görə, Z.Hümbətova avqustun 9-da səhər saatlarında dünyasını dəyişib. Məktəb direktoru xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Z.Hümbətova 1969-cü il mart ayının 3-də anadan olub. O, 1976-86-cı illərdə Xırdalan şəhər 1 saylı orta məktəbdə orta təhsilini alıb.

1986-91-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuyub.

2007-ci ildən Xırdalan şəhər 4 saylı tam orta məktəbin drektoru vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti