Bakı. Trend:
Gəncə şəhərində xəstə əməliyyat zamanı dünyasını dəyişib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə avqustun 22-də Gəncə şəhərində yerləşən tibb mərkəzlərindən birində baş verib. Gəncə şəhər sakini Aygün Orucova burun nahiyəsini cərrahi əməliyyat etdirmək üçün aldığı narkozdan ayılmayaraq ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.