...

Gömrükçülər xeyli sayda aksiz markasız siqaret aşkar ediblər (FOTO)

Hadisə Materials 22 Sentyabr 2016 11:53 (UTC +04:00)
Aksiz markasız tütün məmulatını satmaq məqsədilə daşıyan avtomobil saxlanılıb.
Gömrükçülər xeyli sayda aksiz markasız siqaret aşkar ediblər (FOTO)

Bakı. Trend:

Aksiz markasız tütün məmulatını satmaq məqsədilə daşıyan avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma və satış məqsədilə saxlama barədə əməliyyat məlumatı daxil olub.

Məlumata əsasən, “HYUNDAİ SONATA” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və həmin avtomobilin tütün məmulatını Salyan rayonunun Şorsulu kəndində satmaq məqsədilə Biləsuvar şəhərindən Salyan rayonu istiqamətində hərəkət edəcəyi bildirilib.

Əməliyyat tədbiri nəticəsində “HYUNDAİ SONATA” markalı minik avtomobili saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 32.600 ədəd “Megan”, “Manchester”, “Amore”, “M1” və “Monus” markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti