...

Maşınında 1 kq-dan çox heroin saxlayırmış

Hadisə Materials 30 Sentyabr 2016 11:55 (UTC +04:00)
Gəncə şəhər sakininin idarə etdiyi avtomobildə 1 kq-dan çox heroin aşkar edilib.
Maşınında 1 kq-dan çox heroin saxlayırmış

Bakı. Trend:

Gəncə şəhər sakininin idarə etdiyi avtomobildə 1 kq-dan çox heroin aşkar edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində Gəncə şəhər sakini Mürsəl Rüstəmzadənin idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb və yük yerinə baxış zamanı oradan 1 kiloqram 40 qram heroin aşkar edilərək götürülüb.

M.Rüstəmzadə və sərnişini, həmyerlisi Elmir Sultanov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti