...

Xaçmazda qadına qarşı soyğunçuluq edən şəxsə hökm oxundu

Hadisə Materials 5 Oktyabr 2016 17:47 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilərək həbs edilən Coşqun Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xaçmazda qadına qarşı soyğunçuluq edən şəxsə hökm oxundu

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilərək həbs edilən Coşqun Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Nəsirov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 7-də Nərgiz Həsənovanın evindən soyğunçuluğa cəhd göstərən rayon sakini Coşqun Nəsirov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti