Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Prosesdə ifadə verən N.Əliyev özünü təqsirli bilməyib.
Məhkəmənin baxış iclası noyabrın 8-nə təyin edilib.
Qeyd edək ki, iş adamı olan N.Əliyev Bakıxanov qəsəbəsindəki "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.