...

27 yaşlı qadın yaşadığı mənzildə qətlə yetirilib

Hadisə Materials 8 Dekabr 2016 00:04 (UTC +04:00)
Gəncədə qətl hadisəsi törədilib
27 yaşlı qadın yaşadığı mənzildə qətlə yetirilib

Bakı. Trend:

Gəncədə qətl hadisəsi törədilib.

ARB Kəpəz-dən Trend-ə verilən məlumata görə, Gəncədə 27 yaşlı qadın qətlə yetirildi.

Hadisə şəhərin Adil xan Ziyadxanov küçəsində yerləşən 8 mərtəbəli binanın 7-ci mərtəbəsində olan mənzildə qeydə alınıb. Orada yaşayan 27 yaşlı Səadət Verdiyeva boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Qadının kim tərəfindən öldürülməsi hələ ki, məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti