...

Füzulidə 6 otaqlı ev yanıb: 1 nəfər ölüb

Hadisə Materials 12 Dekabr 2016 09:11 (UTC +04:00)
Füzuli rayonunda yanğın qeydə alınıb.
Füzulidə 6 otaqlı ev yanıb: 1 nəfər ölüb

Bakı. Trend:

Füzuli rayonunda yanğın qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb.

Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhtlərinə baxmayaraq 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti