...

Sənədsiz ov tüfəngləri yığışdırılır

Hadisə Materials 12 Dekabr 2016 12:47 (UTC +04:00)
İmişli və Tərtər sakinlərindən sənədsiz ov tüfənglər götürülüb.
Sənədsiz ov tüfəngləri yığışdırılır

Bakı. Trend:

İmişli və Tərtər sakinlərindən sənədsiz ov tüfənglər götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İmişli rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Azər Həşimovdan müvafiq sənədləri olmayan 1 ədəd "Turanlar" və qardaşı Aynurdan 1 ədəd "BUM" markalı ov tüfəngləri götürülüb.

Həmçinin Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Mahir Eyvazov Borsunlu kəndi ərazisində qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti