...

Füzulidə tank əleyhinə raket tapıldı (FOTO)

Hadisə Materials 19 Dekabr 2016 04:15 (UTC +04:00)
Füzulidə ″Fin evləri″ – adlanan ərazidən 1 ədəd partlamamış hərbi sursat (PQ-9, tank əleyhinə raket) aşkar edilərək götürülüb
Füzulidə tank əleyhinə raket tapıldı (FOTO)

Bakı. Trend:

Füzulidə ″Fin evləri″ – adlanan ərazidən 1 ədəd partlamamış hərbi sursat (PQ-9, tank əleyhinə raket) aşkar edilərək götürülüb, nəticə etibarilə 800 kv.m. ərazi yoxlanılıb.

Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 18 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib, 4 021 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti