...

Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2) (FOTO)

Hadisə Materials 27 Dekabr 2016 15:38 (UTC +04:00)
Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 qaz xəttində yanğınla nəticələnən partlayış baş verib.
Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2)  (FOTO)

İlk xəbər saat 10:50-də yayılıb

Bakı. Samir Əli - Trend:

Bu gün səhər saatlarında Bakının Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 qaz xəttində yanğınla nəticələnən partlayış baş verib.

Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, artıq yanğın söndürülüb.

X X X

15:02

Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır.

SOCAR-dan Trend-ə verilən məlumata görə, dekabrın 27-də saat 09:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub.

Bakıda qaz kəmərində partlayış: qəza yerindən FOTOLAR

Bakıda qaz kəmərində partlayış: qəza yerindən FOTOLAR

Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

X X X

11:15

SOCAR-da Trend-ə verilən məlumatda bildirilir ki, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib. Xəsarət alan yoxdur.

Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

X X X

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

X X X

10:50

Bakı- Ələt yolunda qaz kəmərində partlayış baş verib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində baş verib. Partlayış nəticəsində qaz xəttində yanğın başlayıb.

Hadisə yerinə FHN-in Qaradağ rayon Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikaları cəlb edilib. Yanğının miqyasının böyüməsinin qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti