Bakı. Trend:
Şəkidə yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəki rayonu, Baş Küngüt kəndində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin damının və tavanının yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.