...

Binəqədidə anbar yanıb

Hadisə Materials 14 Fevral 2017 10:14 (UTC +04:00)
Binəqədi rayonunda anbarda yanğın olub.
Binəqədidə anbar yanıb

Bakı. Trend:

Binəqədi rayonunda anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m² olan anbarın içərisinə yığılmış mebellər 100 m² sahədə yanıb.

Anbarın içərisinə yığılmış mebellərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti