Bakı. Trend:
Gədəbəydə yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gədəbəy rayonu, Qozqaralı kəndində vətəndaşa məxsus ümumi sahəsi 78 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 1,5 ton ot bağlaması yanıb.
Yanğın zamanı tövlədə olan ev quşları tüstüdən boğularaq tələf olub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.