...

Bərdədə 3 otaqlı ev yanıb

Hadisə Materials 12 May 2017 02:41 (UTC +04:00)
Bərdədə 3 otaqlı ev yanıb
Bərdədə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bərdədə 3 otaqlı ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Qaraməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 124 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin, mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 96 m2 sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti