Bakı. Trend:
Bu gün Cəlilabad rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:22:57-də Cəlilabad ərazisində qeydə alınıb.
Maqnitudası 3.4, dərinliyi 21 km olan zəlzələ hiss edilməyib.